AZƏRBAYCAN: GÜNƏŞ, DƏNİZ, XOŞBƏXTLİK ÖLKƏSİ


  Xaçmaz rayonu, Nabran
  Üzümlüklərin və mənzərəli bağların əhatəsində, Xəzər dənizinin tam sahilində gözəl qəsəbə, Nabran yerləşir. Bura turistlər üçün əsl cənnətdir. Burada bir çox müxtəlif rahat otellər, mineral bulaqlar və unikal mühafizə olunan qədim meşələr vardır. Burada qonaqlar təmiz çimərliklərdən və inanılmaz mənzərələrdən həzz ala bilərlər. Bundan başqa, yaz ayından başlayaraq bu yerdə təbii, ekoloji təmiz otlar, meyvə və tərəvəzlər yetişməyə başlayır.
  Nabran öz qonaqlarına cürbəcür rahat kafelər, nəfis restoranlar və müxtəlif əyləncə proqramlı gecə klubları da təklif edir.
  Qədim meşələrdə və təmiz Nabran çimərliklərində gəzərkən Siz əla istirahət etməklə yanaşı, həm də öz sağlamlığınızı bərpa edə biləcəksiz. Hər il bura unikal landşaft, ideal iqlim və dəniz suyundan ötrü yüzlərlə turist gəlməktədir. Duz, qum və günəş vannaları gözəl ekologiya ilə bir araya gələrək misilsiz müalicəvi təsir göstərir. Bura yalnız məzuniyyət zamanı quru və isti yay günlərindən həzz almaq üçün deyil, həm də sadəcə istirahət və bazar günlərində gəlirlər.
  Nabranda şən və faydalı istirahət üçün hər şey mövcuddur. Burada Sizi məmnuniyyətlə çoxsaylı istirahət düşərgələrində və otellərdə yerləşdirəcəklər. Bunlarına arasında ən məhşurları Atlant, Palma və Caspian Sea Resortdur. Qəsəbə ərazisində Siz çoxsaylı istirahət mərkəzləri, kafe, cürbəcür proqramlara malik olan gecə klubları və bir çox rahat restoran tapacaqsız.
  Nabran şəhərində, Xəzər dənizinin tam sahilində "Atlant" kurort oteli yerləşir. Otelin qonaqlarını möhtəşəm təbiət landşaftı, inanılmaz təmiz hava, zəngin meşə və dəniz mənzərələri gözləyir. Toxunulmamış təbiət oteldə mövcud olan müasir interyer və yüksək səviyyəli xidmət ilə çox maraqlı təzad təşkil edir.
  Abşeron rayonu, Novxanı
  Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7-8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir.
  AF Hotel & Auqa Park" Ailəvi İstirahət Mərkəzi Bakı şəhərindən 21 km məsafədə, müalicəvi mineral duzlara malik Xəzər dənizi sahilində, Novxanı qəsəbəsində yerləşir. Yüksək və qüsursuz xidmət, peşəkar və gülərüz personal, Xəzər dənizi sahili boyunca uzanan rahat çimərlik zonası, milli, şərq və avropa mətbəxinin dadlı təamlarını təqdim edən restoran,kafe və barlar, Aqua Park macəraları və sakitləşdirici musiqi ritmləri sizin istirahətinizi unudulmaz edəcək. Otelimizdə bir və ikinəfərik standart, ikinəfərlik Delüks nömrələr, 4 nəfərlik 3 otaqlı apartamentlər 4+1 nəfərlik dubleks kotteclər, böyüklər və uşaqlar üçün hovuzlara malik Aqua Park, uşaq əyləncə mərkəzi,oyun və idman zalları, futbol, voleybol və basketbol meydançaları, tennis kortu və stolüstü oyunlar mərkəzi fəaliyyət göstərir. Ailəniz və dostlarınızla birlikdə istirahət günlərinizin əsrarəngiz, xəyallarınıza uyğun olmasını istəyirsinizsə, o, zaman düşünmədən bizi seçin.Bizim məkanda keçirdiyiniz istirahət anlarını heç zaman unutmayacaqsınız.Çünki ailəvi istirahətin doğru ünvanı "AF Hotel & Auqa Park" Ailəvi İstirahət Mərkəzidir.
  Abşeron yarımadası, Mərdəkan
  Mərdəkan Abşeronun şimal-şərqində Xəzər sahillərində yerləşir və Bakının Xəzər rayonunun mərkəzi sayılır. Abşeronun ən qədim kəndlərindən biri olan Mərdəkan 1936-cı ildə qəsəbə statusu almışdı. "Khazar Golden Beach Hotel" Xəzər dənizinin tam sahilində yerləşir. Kurort otel öz qonaqlarına açıq və ya qapalı hovuzda, tennis kortunda və ya özəl çimərlikdə istirahət etməyi təklif edir. Voleybol meydançası, skuterlər, basketbol meydançası və bir çox başqa əyləncələr də Sizin xidmətinizdədir. Qonaqların xidmətində nəfis mətbəxli restoranlar və geniş sərinləşdirici içki seçiminə sahib olan bar da vardır. Eyni zamanda otel avadanlıqlarla təchiz edilmiş konfrans zalına da sahibdir.
  Khazar Golden Beach qonaqlara möhtəşəm dəniz mənzərəli işıqlı otaqlarda yerləşməyi təklif edir. Bütün otaqlar soyuducu, müasir televizor, kondisioner, elektrik çaydanı ilə təchiz edilib. Vanna otağında isə Siz hər cür lazımi kosmetik ləvazimatlar tapacaqsız.
  Otel dolğun mədəni-əyləncə proqramları da təklif edir. Hər həftə burada milli və xarici estrada ulduzları çıxış edir. Eyni zamanda oteldə kübar tədbirlər də təşkil edilir. Otelin ürəyi açıq havada yerləşən böyük hovuzdur.
  
  
  
  

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli