AZƏRBAYCAN: QƏDİMİLİK VƏ MUASİRLİK ÖLKƏSİ

Baki
  Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşüb. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşıb. 2016- cı ildə TripAdvisor səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşıb.
  Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər, Bakı bulvarı, Dövlət Bayrağı Meydanı, Fəvvarələr meydanı, Atəşgah, Şəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar. Bakının populyar turist məkanlarından Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər, Bakı bulvarı, Dövlət Bayrağı Meydanı, Fəvvarələr meydanı, Atəşgah, Şəhidlər Xiyabanı və Bakı teleqülləsini qeyd etmək olar.
  Qobustan rayonu
  Qobustan rayonu Azərbaycanın Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. İlk adı Duvannı olub. Duvannı stansiyası 1893-1894- cü illərdə yaranıb. 1901-1905- ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft göndərilib.
  Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilıb ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə - "Daş dövrü"nə təsadüf edir.
  Qobustanda gecələmək üçün yalnız şəxsi evlər kirayələmək mümkündür.
  Qəbələ
  Qəbələ rayonu Azərbaycanın şimal-qərb hissəsində, Şəki-Zaqatala zonasının ərazisində, Dağıstan və Gürcüstan sərhəddində yerləşir. Bu region çox qədim tarixə malikdir.
  Qəbələ rayonu qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Dağ yamaclarında, dəniz səviyyəsindən 1000 m yüksəklikdə məşhur şabalıd meşəsi yerləşir. Baharda şabalıd ağaclarının çiçək açması ecazkar mənzərə yaradır. Meşədəki ağaclar çox qədimdir. Onların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Burada ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanları ovlamaq olar.
  Respublikanın ən uca zirvəsinə Bazardqzü dağına (dəniz səviyyəindən 4466 m yüksəklikdə) gedən alpinist marşrutlarından biri bu rayondan keçir Rayonun ərazisində tarix, mədəniyyət və memarlıq abidələri çoxdur. Bum kəndindəki məscid (XIX əsr), Əmili kəndindəki Alban məbədi (IV əsr), Bayramkoxa kəndindəki Ustacan qülləsi (IX əsr), Nic kəndindəki Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Həzrə kəndindəki Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), eləcə də Həmzəlli kəndindəki Şıxbaba piri (XVI əsr) və Komrad dağının zirvəsindəki Komrad piri (sağlığında müqəddəs və əməlisaleh hesab edilmiş insanların dəfn edildiyi yerə pir deyilir).
  Rayonun inzibati mərkəzi olan Qəbələ Şəhəri Şahdağın ətəklərində yerləşir. Eramızın I əsrinə aid Yunan və Roma yazılı mənbələrində (Pliniy) adı çəkilən qədim Kavbala şəhəri təqribən 2000 il bundan əvvəl salınmış və 600 ildən çox bir müddətdə Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabaları müasir Qəbələnin yaxınlığında (ondan 15 km məsafədə) Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidə yerləşir. Qəbələ şəhərinin özündə İmam Baba türbəsi (XVIII əsr) və Cümə Məscidiİ kimi abidələr qalmışdır. Şəhərdə kiçik bir tarix-diyarşünaslıq muzeyi də var. Bu muzeydə rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar toplanmışdır.
  Quba
  Quba – Azərbaycan Respublikasının Quba rayonunun inzibati mərkəzi.
  Quba Bakıdan 168 km məsafədə, Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Uğurlu yerləşmə mövqeyinə və zəngin infrastrukturuna görə Quba rayonu turistlərin ən sevimli yerlərindən biridir. Buraya gələnlər Qəçrəş adlanan yeri çox bəyənmişlər. Burada kölgəli meşədə, Vəlvələçayın gur sularının axdığı, “Azərbaycan təbiətinin abidələri” siyahısına daxil edilmiş Afurca şəlaləsinin olduğu Təngəaltı dərəsində istirahət etmək olar.
  Rayonun ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xınalıq mövcuddur. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xınalığın yaxınlığında bənzəri olmayan daha bir dağ kəndi Qrız yerləşir.
  Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu kəndin sakinləri əsasən ticarətlə məşğul olurlar, qəsəbənin hər yerində təmtəraqlı imarətlər ucaldılmışdır.
  Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır.
  Şəki
  Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınıb. Şəkini ən çox məşhurlaşdıran onun ipəyi olub. Şəki ərazisində çoxsaylı arxeoloji abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
  Şəki rayonu Respublikanın memarlıq qoruğu adlanır. Şəki xanlarının sarayı (1762-cı il) xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir.
  Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən – görərsən» qalasının xarabalıqları vardır. Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəhərdə bu və ya digər peşə adlarını göstərən küçə adları hələ də saxlanıb: Dulusçular, Zərgərlər, Halvaçılar və s. Şəkinin özünəməxsus və zəngin mətbəxi də var. Şəki yumor şəhəri də adlanır. Hər il aprel ayının 1-də şəhərdə «Gülüş günü» keçirilir.
  Turistlər «Şəki-Karvansara» və digər mehmanxanalarda gecələyə bilərlər.
  Qusar
  Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın "Şimal qapısı" adlandırılır. Azərbaycanın şimal-şərqində yerləşir. Qusar rayonunun ərazisi 1542 km2-dir. Rayonun ərazisinin tərkibinə 1 şəhər (Qusar), 1 qəsəbə (Samur), 88 kənd daxildir. Mərkəzi Qusar şəhəridir. Cənub-qərb hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı Samur-Dəvəçi ovalığıdır. Rayonun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Ərazinin hündürlüyü 100 m-dən 4466 m-ə qədərdir. Respublikada olan müasir buzlaqların çox hissəsi Qusar rayonu ərazisindədir. Samur və Qusarçay çayları Qusar rayonu ərazisindən keçir və qar və buzlaq suları ilə qidalanır. Rayonun Xəzər dənizi ilə sərhədi yoxdur. Xəzərə olan məsafəsi 15 km təşkil edir.
  Rayonda tarixi abidələr qorunub saxlanılıb. Əniğ kəndini yaxınlığında XIII əsrə aid qala divarlarının qalıqları, Həzrə kəndi yaxınlığında Şeyx Cüneyd məqbərəsi, Hil, Əniğ, Balaqusar, Yasab, Köhnə Xudat, Gündüzqala və başqa kəndlərdəki qədim məscidlər bu cür abidələrdir. İndi burada rayonun adını daşıyan muzey var. Rayon mərkəzində həmçinin mədəniyyət və istirahət parkı da var.
  Qusar rayonunda qədim xalq sənəti növlərindən xalçaçılıq, tikmə, ağac üzərində oyma sənətləri yaxşı inkişaf edib.
  
  
  
  

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli