AZƏRBAYCAN: FƏAL İSTİRAHƏT MƏKANI

Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi
  Ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. Hazırda inşa edilən dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA-mərkəzdən, əyləncə parkından ibarət olmaqla, yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə adıçəkilən otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin inşa edilməsi, bütün fəsillərdə ekskursiya və digər aktiv istirahət imkanlarının mövcudluğu ilə yanaşı, otel yaxınlığında həm də qış idman növləri ilə məşğul olmağa imkan verəcəkdir.
  Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri təklif edir.
  Xidmətlərimizdən istifadə edəcək hər bir təşkilat və ayrı-ayrı şəxslərlə Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.
  Şaxdağ" Qış-Yay Turizm İstirahət Kompleksi
  Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib. Burada, möhtəşəm Qafqaz Dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvan aləminin ekoloji xəzinəsi. Bu, bütün cah-calalı ilə Şahdağdır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır.
  Heyrətamiz gözəl, zamandan gizlədilmiş cənnət olan Şahdağ, insanlara tezliklə unudulmayacaq bir təəssürat baxışlayır.
  Şahdağ" Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
  Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.
  Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac verilir. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif edilir. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri il boyu mükəmməl qar şəraitini təmin edir.
  Digər qış idman əyləncələrinə aeroxizək sürmə, kanatla dağa qalxma, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, Bob Kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkündür. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur.
  Qəbələ Atıcılıq Klubu
  Qəbələ Atıcılıq Klubun dünya standartlarına cavab verən istirahət və sağlamlıq strukturu, eyni zamandada professional idmançıların vacib yarışlara hazırlıq prosessinin yüksək səviyyədə təmin edə biləcək bir kompleksdir. Klub Olimpiya yarışlarında tətbiq edilən bütün texniki inventarlarla təchiz olunmuş və beynəlxalq yarışların ,eləcə də təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün zəruri şəraitə malikdir.
  Klubun ərazisində mövcuddur:
  • stend atıcılığının 3 növü üçün quraşdırılmış 5 meydança;
  • sporting üçün 8 meydança;
  • güllə atıcılığı üçün 3 atıcılıq tiri (açıq və qapalı);
  • kamandan ox atma atıcılıq növü üçün meydança;
  • bayraq meydanı;
  • atıcılıq məktəbi;
  • istirahət üçün otaqlar;
  • idmançılar və ziyarətçilərin istirahəti üçün yaşıllıq;
  • strikeball/Paintball/Airsoft;
  • gecə atıcılığı;
  • 2 inzibati bina;
  • tibb məntəqəsi;
  • uşaq meydançası;
  • restoran və lounge;
  • fotostudiya;
  • idman-ovçuluq ləvazimatı mağazası;
  • avtomobil dayanacağı.
  Qəbələ Atıcılıq Klubunda yüksək səviyyədə professional idmançıların mühüm yarışlara hazırlıq prosesinin təmin edilməsi üçün şərait yaradılıb; Ziyarətçilərin asudə vaxtını idmanla məşğul olaraq, sağlam həyat tərzi sürməyinə imkan yaradılıb.
  Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi
  Atçılıq turizmini – at belində səyahəti cəsarətlə sağlamlıq üçün dərkedici və faydalı hesab etmək olar. Xoşbəxtlikdən bunun üçün Şəkidə bütün imkanlar mövcuddur: Şəki rayonunun ən gözəl guşələrindən biri olan Daşüz kəndində Azərbaycan Turizm və Mədəniyyət Nazirliyinin nəzdində Respublika Atçılıq Turizm Mərkəzi yerləşir.
  Mərkəzdə bir neçə at cinsi – ərəb qaçağanları, ingilis cıdır atları, alman trakenen cins atları, axaltek (türkmən) atları – ümumilikdə 45 baş at saxlanılır və yetişdirilir. Respublikanın hər tərəfindən və digər ölkələrdən at sürmək həvəskarları Şəkiyə gəlirlər. Mərkəzdə ildə iki dəfə – dekabr və mayda “Çovqan” Azərbaycan milli oyunu (Avropa polosunun çox qədim analoqu) üzrə yarışlar keçirilir və ölkənin 16 rayonundan olan komandalar burada bir yerə toplanır. Bundan əlavə, digər at oyunları – "Sür-papaq" (məqsəd-papağı səbətə atmaq), “Papaq oyunu” (məqsəd-rəqibin başından papağını saldırmaq), at üzərində güləş (rəqibi atın üzərindən saldırmaq) kimi oyunlar üzrə milli yarışlar keçirilir.
  Turistlərə oyunları təkcə izləmək yox, həm də oyunlarda iştirak etmək imkanı verilir. Onlar öncədən at sürmək üzrə təcrübəli məşqçinin təlimatından keçə və ya sadəcə olaraq at sürə bilərlər.
  İstirahət edənlərin böyük həzz alması üçün atçılıq turizm Mərkəzi Şəki rayonunun müxtəlif guşələrinə bir neçə (yeddidən artıq) bir və ya iki günlük marşrutlar təşkil edir ki, burada turistlər bu gözəl diyarın zəngin təbiəti ilə və bir neçə əsrlik tarixi görməli yerləri ilə tanış ola bilərlər. Qonaqlar at belində və təlimatçıların müşayiəti ilə ətraf gözəlliklərdən, qədim alban məbədləri ilə, Gələrsən-Görərsən qalasından, orta əsrlərin Şinaz qalasından və bir çox digər memarlıq abidələrindən həzz ala bilərlər.
  
  
  
  

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli