TİKİNTİ

Tikinti milli iqtisadiyyatın məhsul istehsal edən sahələrindən biridir. Onun fəaliyyəti sənaye, kənd təsərrüfatı və digər iqtisadi və sosial sektorlar üçün istehsal və qeyri-istehsal təyinatlı əsas fondlar yaratmaqdan, daşınmaz əmlakın bərpasını, əsaslı və cari təmirini həyata keçirməkdən ibarətdir.
  Tikinti iqtisadi və sosial sektorlarda elmi-texniki tərəqqinin sürətlənməsi, inkişafın sahəvi və regional proporsiyalarının təkmilləşdirilməsi üçün maddi texniki bazanın formalaşdırılmasında, ölkənin iqtisadi potensialının artırılmasında və müdafiə qabiliyyətinin yüksəldilməsində bilavasitə iştirak edir. Müasir maşın və mexanizmlərlə təchiz olunan tikinti-quraşdırma təşkilatları onun institusional vahidləridir.
  MMC "Horizon Welding Group" öz növbəsində inşaat sektorunda aşağıdakı istiqamətlərdə dəstək göstərir: yaşayış və sənaye obyektlərinin tikintisi, çətin və zövqlü konstruksiyaların montajı, tikinti layihəsinin qiymətləndirilməsini, konstruktiv, tikinti, memarlıq çertyojlarının hazırlanmasını, tikintiyə memari nəzarət, tikinti layihəsinin həyata keçirilməsi.
  Digər yerli tikinti-təmir şirkətlərdən əsas fərgimiz həyata keçirdiyimiz layihələrə (villalar, katteclər, metal və konstruksiya işləri) Avropa ölkələrindən memarlar, dizaynerlər, ustaların dəvət olunması və birgə iş təcrübəmizdir. Bizim komandamız avropa standartları ilə zəngin iş təcrübəsinə malikdir.

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli