HAQQIMIZDA


  MMC "Horizon Welding Group" 2007-ci ildə yaradılıb. Onun əsas istiqamətləri - investisiya, tikinti sektoru, turizm və loqistikadır. Bu müddət ərzində digər təşkilatlardan fərqli xüsusiyyətlər hesabına müvəffəqiyyət əldə etmişik:
  • daxili infrastrukturun inkişafı və investorlar üçün əlverişli şəraitin yaradılması ilə Azərbaycana investisiyaların cəlb edilməsi;
  • sərfəli investisiya, biznesin inkişafı üçün tərəfdaşların axtarışı;
  • keyfiyyətli biznes dəstəyi, səmərəlilik təhlili və hesabat;
  • vaxt sınaqından keçmiş tərəfdaşlarla işləmək;
  • turistlərin keyfiyyətli daşınması, ixtisaslı sürücülərin xidməti, yüksək səviyyəli (Mersedes Vito və Viano, Sprinter, Neoplan) nəqliyyat vasitələrin verilməsi;
  • investorlar və turistlərin istəklərinə fərdi yanaşma;
  • ən münasib qiymət və keyfiyyətlə təmin edilməsi;
  • maksimum vaxt qənaəti.
  Müxtəlif tipli daşınmaz əmlak alqı-satqısı, klinikalar, otellər, evlər, villalar, dünya şöhrətli geyim və ayaqqabı brendləri üçün dükan tikinti və əsaslı təmir sahəsində 150-dən çox layihə həyata keçirilmişdir.
  Bizim komandamız avropa standartları ilə zəngin iş təcrübəsinə malikdir. Buna misal olaraq, Bakida fəaliyyət göstərən Paşa Bankın yeni şöbəsi (Bridge Plaza-da yerləşir), İçəri Şəhərdə 2 məşhur restoran – Sultan və Nögtə restoranları, İçərişəhər İnzibati binası, 24 dünya şöhrətli brend geyim dükanlarının – Armani, DG, GUCCİ, Zegna, Pal Zileri və s. təmir–tikinti
  işləri bizim tərəfimizdən həyata keçirilmişdir. Bu layihələrin həyata keçirilməsində, Almaniya, İtaliya, Britaniyadan olan memarlar, dizaynerlər, ustalar Bakiya dəvət olunmuşdur və layihələr uğurla vaxtında ve keyfiyyətlə tamamlanmışdır. Hal-hazırda 3 böyük villanın (VİP villa) təmir tikinti işləri davam edir. Onlardan artıq 2-si yekunlaşmışdır. Bu layihələrin həyata keçirilməsində dünyanın aparıcı firmaları ilə birgə əməkdaşlığımız olmuşdur və hal-hazırda davam edir. Eyni zamanda, metal konstruksiya sahəsində bir neçə uğurlu layihələrə imza atılmışdır. Buna misal olaraq Qəbələ şəhərində arxeolojı qazıntıların üzərində qoruyucu metal konstruksiya işləri (memarlıq və konstruktiv hesablamaları mütəxəssislərimiz tərəfindən həyata keçirilmişdir), Baki şəhərində yeni salınacaq limanda gəmilərin yan alması üçün metal konstruksiya işləri uğurla həyata keçirilmişdir.
  Bundan əlavə, təşkilatımızın Gürcüstanda da filialı var. "Horizon Welding Group"un nümayəndələri burada şirkətin bütün sahələrində fəaliyyət göstərir: tikinti, investisiya, turizm və logistika. Biz fəal həyat tərzini və inkişafı sevirik, buna görə də bizim şuarımız – Həyat hərəkətdir!
  "Horizon Welding Group" ilə sizə uğurlar və maksimum effektiv hərəkət diləyirik!

  "

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli