TİKİNTİ SEKTORU

Firmamız inşaat sektorunda aşağıdakı istiqamətlərdə investorlara yaxından dəstək göstərir: daşınmaz əmlakın alqı-satqısı, yaşayış və sənaye obyektlərinin tikintisi .
  "Horizon Welding Group"un işçi heyyəti yüksək təcrübəyə malik, müasir dövrün tələblərinə uyğun, çətin və zövqlü konstruksiyaların montajını yerinə yetirməyi bacaran peşəkar usta və mühəndislərdən ibarətdir. Əsasən tikinti sektorunda fəaliyyət göstərərək ölkəmizdə aparılan tikinti quruculuq işlərinə öz bəhrəmizi veririk. Professional komandamızla biz istənilən bir tikinti layihəsinin qiymətləndirilməsini, konstruktiv, tikinti, memarlıq çertyojlarının hazırlanmasını, tikintiyə memari nəzarət, tikinti layihəsinin həyata keçirilməsi (açar təhvili) həyata keçiririk. Digər yerli tikinti-təmir firmalarından əsas fərgimiz həyata keçirdiyimiz layihələrə (villalar, katteclər, metal və konstruksiya işləri) Avropa ölkələrindən memarlar, dizaynerlər, ustaların dəvət olunması və birgə iş təcrübəmizdir. Bizim komandamız avropa standartları ilə zəngin iş təcrübəsinə malikdir. Buna misal olaraq, Bakida fəaliyyət göstərən Paşa Bankın yeni şöbəsi (Bridge Plaza-da yerləşir), İçəri Şəhərdə 2 məşhur restoran
  - Sultan və Nögtə restoranları, İçərişəhər İnzibati binası, 24 dünya şöhrətli brend geyim dükanlarının
  - Armani, DG, GUCCİ, Zegna, Pal Zileri və s. - təmir - tikinti işləri bizim tərəfimizdən həyata keçirilmişdir. Bu layihələrin həyata keçirilməsində, Almaniya, İtaliya, Britaniyadan olan memarlar, dizaynerlər, ustalar Bakiya dəvət olunmuşdur və layihələr uğurla vaxtında ve keyfiyyətlə tamamlanmışdır. Hal-hazırda 3 böyük villanın (VİP villa) təmir tikinti işləri davam edir. Onlardan artıq 2-si yekunlaşmışdır. Bu layihələrin həyata keçirilməsində dünyanın aparıcı firmaları ilə birgə əməkdaşlığımız olmuşdur və hal-hazırda davam edir. Eyni zamanda, metal konstruksiya sahəsində bir neçə uğurlu layihələrə imza atılmışdır. Buna misal olaraq Qəbələ şəhərində arxeolojı qazıntıların üzərində qoruyucu metal konstruksiya işləri (memarlıq və konstruktiv hesablamaları mütəxəssislərimiz tərəfindən həyata keçirilmişdir), Baki şəhərində yeni salınacaq limanda gəmilərin yan alması üçün metal konstruksiya işləri uğurla həyata keçirilmişdir. Xidmətlərimiz:
⦁ Layihələndirmə işləri.
⦁ Konstruksiya xidməti.
⦁ Dizayn tətribatı.
⦁ Təmir-tikinti işləri.
⦁ Montaj-demontaj.
⦁ Metallokonstruksiya işləri.
⦁ Tikinti layihələrinin idarə edilməsi və nəzarəti.
  "Horizon Welding Group" hərəkətli həyat deməkdir!

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli