İNVESTİSİYA

  Müxtəlif istiqamətlərdə fəaliyyət apararaq, "Horizon Welding Group" firması yüksək keyfiyyət və nəzərdə tutulan planların həyata keçirilməsində, investorların hüquqlarının qorunmasında, mulklərin və torpaq ərazilərin seçilməsində, kənd təsərrüfatı sahəsində investorlara daimi köməklik göstərilir. "Horizon Welding Group" eyni zamanda monitoring, audit və bir çox analizlərin aparılmasında köməklik göstərir.
  Azərbaycan, Cənubi Qafqazın ən zəngin ölkələrindən biridir və eyni zamanda investor yatırımları üçün ən gözəl məkandir. Buna subut olaraq Baki-Tbilisi-Ceyxan neft kəməri, Cənubi Qafqaz Boru kəməri, Baki-Supsa neft kəməri, İpək Yolu, Baki-Tblisi-Qars dəmir yolu, füsünkar təbii şərait, daim artmaqda olan iqtisadi naliyyətləri göstərmək olar. Azərbaycanda uğurlu aparılan iqtisadi siyyasətin nəticəsi dünyanın aparıcı ölkələri olan Amerika, Rusiya, İngiltərə, İsrail, Yaponiya və Yaxın Şərqdən (Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Küveyt və s.) olan iş adamlarının ölkəmizə marağına səbəb olmuşdur.
  Azərbaycanın neft, turizm, kənd təsərrüfat, tikinti sektoruna hal-hazırda xarici vətəndaşlar investisiya yatirmaqdadır. Beləliklə, 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuşdur.
  Böyük imkanlar verən bir ölkə olan Azərbaycan, öz investorlarını gözləyir və maliyyə resurslarının yüksək səviyyədə investisiya qoyulmasına zəmanət verir.
  "Horizon Welding Group" hərəkətli həyat deməkdir!

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli