Bu gün müasir Azərbaycan beynəlxalq arenada xüsusi hörmətə layiq olan bir ölkə kimi tanınır. Dünya miqyasında olan tədbirlər ən yüksək səviyyədə keçirilir və dövləti ən yaxşı tərəfdən göstərir.
  
  2012 Eurovision
   57-ci Beynəlxalq Mahnı Yarışması 25 min nəfərlik xüsusi hazırlanmış Bakı Kristal Zalında qonaqlar üçün qapılarını açdı. Mahnı müsabiqəsi Azərbaycan "Öz alovunu yandır" şüarı altında keçirilib, çünki Azərbaycan tez-tez "Odlar yurdu" kimi adlandırılır.
  
  2015 Avropa oyunları
   Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb.
  
  2016-2017 Formula-1 Avropa Qran-Pri`si
   Azərbaycan Bakı şəhərində Formula 1. European Grand Prix tədbirini keçirmək barədə müqaviləni imzalamaqla, dünya idman səhnəsində özünü bir daha tanıtmağa müvəffəq oldu.
  
  2017 IV İslam həmrəylik oyunları
   2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman tuniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu.

VİDEO

© 2018 h-wgroup.com Rights Reserved | Design by Zeynal Misgerli